Mədəniyyət xəbərləri

15.02.2024

İsveçdə Ramazan bayramı qeyd edildi

2024-04-13 tarixində İsveçin Göteborg (Gothenburg) şəhərində BUTA KIF dərnəyinin təşkilatçılığı ilə Azərbaycan icması Ramazan bayramın qeyd etdi. Tədbir Azərbaycan himni və şəhidlərin anılması ilə başladı. Qonaqlar mətbəxtimizin dadlı yeməklərindən daddıqdan sonra gözəl musiqilər dinləndi və rəqslər edildi. Sonda bayram tədbiri səmimi çay süfrəsi ilə davam etdi.

Novruz bayramı şənliyi

2024-03-24

2024-03-24 tarixində İsveçin Göteborg şəhərində BUTA KIF dərnəyi tərəfindən Novruz şənliyi təşkil edildi. Şənlikdə keşəl və kosanın iştirakı uşaqlarda xüsusi marağa səbəb oldu. Bundan əlavə uşaqlar üçün müxtəlif əyləncəli oyunlar keçirildi. 

8 Mart Beynəlxalq Qadınlar günü İsveçin Göteborg şəhərində  qeyd olundu 

2024-03-08

8 Mart Beynəlxalaq Qadınlar Günü mübasibətilə isveç dilində keçirilən Ədəbi-musiqili gecədə, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edildi. Şəhid olan qadınlarımız da təzimlə anıldı. Bu tərbir İsveçdə fəaliyyət göstərən Qobustan - Aydınlar Ocağı dərnəyi tərəfindən təşkil edildi. BUTA Kultur & Integration Förening tərəfdaş kimi bu tədbirə qatıldı.

Share
Skapa din hemsida gratis! Denna hemsidan är skapad via Webnode. Skapa din egna gratis hemsida idag! Kom igång