Azərbaycanı Tanıyaq!

26.01.2024

Məqsədimiz təkcə İsveçdəki azərbaycanlılarla digər millətlər arasında əlaqələri gücləndirmək deyil, həm də Azərbaycanı İsveçdə tanıtmaqdır.  

Xınalıq, Quba

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir. Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər.

Share
Skapa din hemsida gratis! Denna hemsidan är skapad via Webnode. Skapa din egna gratis hemsida idag! Kom igång