Görüşlərimiz

02.02.2024

Səadat Kərimli ilə görüş

2024-02-17

BUTA KIF-in idarə heyətinin üzvləri Qobustan - Aydınlar Ocağı dərnəyinin sədri, azərbaycanlı alim və yazar Səadat Kərimli ilə görüş keçirib. BUTA KIF haqqında qısa məlumatdan sonra Səadat xanımın təcrübələri və təklifləri dinlənib. Görüşdə iştirak edənlərin hər biri söz alaraq çıxış edib. Sonda hər iki tərəf görüləcək çox işin olduğun və gələcəkdə əməkdaşlıq etməyin zəruriliyin vurğulayıb. 


Vahid Qazi ilə görüş

2024-02-18

Yazar və jurnalist Vahid Qazi və BUTA KIF idarə heyəti arasında ZOOM görüşü keçirilib.Qısa tanışlıqdan sonra çıxış edən Vahid Qazi dərnəyin gələcək uğurlu fəaliyyəti üçün diqqət edilməli olan nöqtələrə toxunub.BUTA KIF-in üzvlərinə uğurlar arzulayan dəyərli yazarımız hər zaman yanımızda olduğun vurğulayıb.

Sevinc Bakılı ilə görüş

2024-02-19

Sevinc Bakılı ilə BUTA KIF idarə heyətinin online görüşü keçirilib. Sevinc xanımın paylaşdığı məlumatlar və tövsiyyələr iştirakçılar tərəfindən diqqətlə dinlənilib. Hər iki tərəf gələcəkdə əməkdaşlıq üçün heç bir maneənin olmadığını bildiriblər. Sonda Sevinc xanım BUTA KIF üzvlərinə uğurlar arzulayıb.

Turan Əliyev ilə görüş

2024-02-20

2024-02-20 tarixində BUTA KIF-in üzvləri Partille bələdiyyə idarə heyətinin və məclisinin üzvü həmçının bir nece kommitədə ( mədəniyyət , tikinti və ekologiya, seçki komitələri) təmsilçi olan Turan Əliyevlə Partille bələdiyyəsinin binasında görüş keçirib. Dərnək üzvlərini bələdiyyə binası ilə tanış edən Turan bəy daha sonra onlara inteqrasiyanın önəmindən danışıb. Turan bəy vurğulayıb ki, azərbaycanlılar İsveç cəmiyyətində hər sahədə aktiv olmalıdırlar.Sonda hər iki tərəf gələcəkdə sıx əməkdaşlığa hazır olduqlarını söyləyiblər.

Azərbaycanlı yazarlarla görüş! 

2024-02-21

"Qobustan" Aydınlar Ocağının sədri Dr.Səadət Kərimlinin təşkiladçılığı və moderatorluğu ilə Qərbi Avropada bədii yaradıcılıqla məşğul olan azərbaycanlı yazarlarla görüş keçirilib. Görüşdə yazarlarımız öz əsərləri haqqında qısa məlumat verdikdən sonra qarşılıqlı müzakirələr olub. Sonda qonaqlar onları maraqlandıran sualları yazarlara ünvanlayıb. BUTA KIF də görüşdə iştirak etdib. Dərnək adından söz alan Azər Baxşəliyev mədəniyyət və inteqrasiya dərnəyi olaraq bundan sonra öz ədəbiyyatımızı, yazarlarımızı və dilimizi tanıtmaq və sevdirmək üçün bütün təkliflərə açıq olduqlarını və əllərindən gələni edəcəklərini bildirib. 

Görüşün tam video yazısı:

1-ci hissə https://youtu.be/eJHiFYlR0aI?si=hzfJf9cFEFE4Dret

2-ci hissə https://youtu.be/dRet21oJh2c?si=7FAvf97tPeJpy2DD

Rahim Telman Sadıqbəyli ilə görüş

2024 -02-22

BUTA KIF üzvləri ilə Rejissor, TV prodüser və jurnalist Rahim Telman Sadiqbəyli arasında görüş keçirilib. Görüşdə öz təcrübələrini paylaşan Rahim bəy daha sonra İsveçdə yaşayan azərbaycanlıların həmrəyliyinin və inteqrasiyasısının önəmindən damışıb. Hər iki tərəf digər millətlərlə dostluqların qurulmasının vacibliyin vurğulayıblar. Sonda Rahim bəy BUTA KIF-ə gücü çatan hər cür dəstəyi verəcəyin söyləyib.

Teymur Eminbəyli ilə görüş

2024-02-27

BUTA KIF üzvləri ilə ABA Medianın sahibi Teymur Eminbəyli arasında görüş keçirilib. Ümumi tanışlıqdan sonra Teymur bəy uğurlu iş görmək üçün diqqət edilməli olan məsələlərə toxunub. Öz tövsiyələrini verən Teymur bəy gələcəkdə də BUTA KIF ilə tərəfdaşlıq etməyə hazır olduğun söyləyib.

Əkbər Səfərli ilə görüş 

2024-02-28

BUTA KIF üzvləri ilə dəyərli həmvətənimiz Əkbər Səfərli arasında görüş keçirilib. Ümumi tanışlıqdan sonra Əkbər bəy BUTA KIF üzvlərini başlatdıqları işdən və qurduqları uğurlu komandadan dolayı təbrik edib. İsveçə yeni gələn azərbaycanlıların İsveç qanunları və İsveç cəmiyyəti haqqında yetərli məlumat ala bilməməsinə toxunan qonaq bu sahədə görüləcək çox işin olduğuna diqqəti çəkib. Sonda öz dəyərli təcrübələrin paylaşan Əkbər bəy hər zaman görüləcək işlərdə BUTA KIF-in yanında olduğunu və əlindən gələn köməyi əsirgəməyəcəyini vurğulayıb.

Mahirə Muxtarova ilə görüş

2024-03-07

BUTA KIF üzvləri dəyərli həmvətənimiz Mahirə Muxtarova ilə görüş keçirib. Öncə öz təcrübələrin bölüşən Mahirə xanım gənclərin İsveç cəmiyyətində daha aktiv rol almasına çalışmağın önəmindən danışıb. Mahirə xanım əlavə edib ki, azərbaycanlıların hər sahədə məlumat ala biləcəyi mənbəyə ehtiyac var. Sonda hər iki tərəf ehtiyac olduqca bir-biri ilə əməkdaşlıq etməyə hazır olduqların bildirib.

Share
Skapa din hemsida gratis! Denna hemsidan är skapad via Webnode. Skapa din egna gratis hemsida idag! Kom igång